Kimya fənni üzrə Respublika və Beynəlxalq olimpiadaların qalibi Salman Hüseynov Massaçusets Texnologiya İnstitutuna daxil olub.
Astara rayonu, Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi Hüseynov Salman Zaman oğlu 2019-2020–ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında kimya fənni üzrə 2-ci yerin, 2020-2021-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında isə 1-ci yerin qalibi olub.
Həmçinin S. Hüseynov 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO-Beynəlxalq Kimya Olimpiadasında (distant) 3-cü yeri əldə edərək bürünc medal qazanıb.
Qeyd edək ki, Salman Hüseynov hal-hazırda Beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.