ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 13 mart 2022-ci il tarixində “Pedaqoji fəaliyyətə müasir yanaşmalar” mövzusu üzrə ixtisasartırma təlimində iştirak etmiş müdavimlərin yekun qiymətləndirilməsi həyata keçirilib.
“Təhsildə Araşdırma və İnkişaf Mərkəzi” Əlavə Təhsil Müəssisəsi tərəfindən təşkil olunmuş 72 saatlıq ixtisasartırma təlimlərində iştirak etmiş 37 bölgə üzrə 166 nəfər müdavim yekun qiymətləndirmədə iştirak edib.
Qeyd edək ki, yekun qiymətləndirmə və sertifikatlaşdırma ARTİ ilə TAİM arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yekun qiymətləndirmədən keçmiş iştirakçılara dövlət nümunəli ixtisasartırma sertifikatları veriləcək.