Məktəblərin İnkişaf Planının (MİP) müzakirəsi keçirilib

Tarix: 30.03.2022
Paylaş:

30 mart tarixində ARTİ rəhbərliyi və şöbələrinin iştirakı ilə Məktəblərin İnkişaf Planının (MİP) müzakirəsi keçirilib.

MDPİM əməkdaşları tərəfindən 10 məktəbdə keçirilən görüşlər əsasında hazırlanan nümunəvi Məktəbin İnkişaf Planı (MİP) ARTİ-nin digər şöbə müdirləri tərəfindən təhlil edilib, müvafiq təkliflər verilib. Müzakirədə MİP-də öz əksini tapan müxtəlif sahələr üzrə ARTİ tərəfindən məktəbin inkişaf etdirilməsi, təlimat, tövsiyə, metodik vəsait və digər resursların hazırlanması, müəllimlərin peşəkarlıqlarının artırılması üçün təlimlər keçirilməsi və sistemli çatışmazlıqların aradan qaldırılması üçün həyata keçirilə biləcək müvafiq metodik dəstək müəyyənləşdirilib.

Həmçinin ARTİ əməkdaşları tərəfindən MİP icrası müddətində məktəblərdə müxtəlif tədqiqatların aparılması da təklif edilib.