ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi müəllimlərə metodik dəstəyin göstərilməsi istiqamətində işləri davam etdirir.
227, 75 və 154 nömrəli tam orta məktəblərdə müəllimlər üçün “Şagirdlərə diferensial yanaşma və təfəkkür yönümlü tapşırıqların hazırlanması” mövzusunda təlim təşkil olunub. Təlimlərdə bundan öncəki fəaliyyətlər zamanı dərsləri dinlənilən müəllimlər iştirak ediblər. Təlim zamanı iştirakçılara dərsdə şagirdlərə diferensial yanaşma, təfəkkür yönümlü tapşırıqların hazırlanması, inteqrasiya mövzularında məlumatlar verilib, praktik tapşırıqlar işlənilib və iştirakçıların sualları cavablandırılıb.