“Azərbaycan dili fənninin tədrisi metodikası” mövzusunda təlim keçirilib

Tarix: 01.04.2022
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 38 və  227 nömrəli tam orta məktəblərdə “Azərbaycan dili fənninin tədrisi metodikası” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan dili və ibtidai sinif müəllimləri iştirak edib.

Təlim zamanı Azərbaycan dili fənninin tədris məqsədləri, ümumi təlim nəticələri, altstandart əsasında təlim nəticələrinin (dərsin məqsədinin) müəyyənləşdirilməsi mövzularında müəllimlərlə müzakirələr aparılıb, mövzulara dair praktik tapşırıqlar işlənilib. Eyni zamanda, iştirakçılar nümunə mətn üzərində işləyərək oxu prosesinin təşkili mərhələləri ilə tanış olublar və şagirdlərdə oxu bacarıqlarının inkişafına xidmət edən tapşırıqlar üzərində işləyərək tapşırığın hansı təlim nəticəsinin reallaşdırılmasına xidmət etdiyini müəyyənləşdiriblər.