1 aprel 2022-ci il tarixində ARTİ-də doktorantura və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün açıq qapı günü keçirilib.
Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov institut barədə, institutun profili, gördüyü işlər, layihələr haqqında məlumat verib və bildirib ki, institut açıq qapı günlərini doktoranturaya sənəd qəbulu prosesi davam etdiyi günlərdə yenidən təkrarlamağı düşünür.
Pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov isə çıxışında doktorantura və dissertanturaya qəbul qaydaları, qəbul prosesi, imtahanların keçirilmə mexanizmi, vaxtları barədə geniş məlumat verib.
Sonda isə iddiaçıları maraqlandıran suallar cavablandırılıb.
Açıq qapı günündə ARTİ-nin direktoru Rüfət Əzizov, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri Hümeyir Əhmədov, şöbənin əməkdaşları və doktoranturaya sənəd verməyə iddiaçı olan şəxslər iştirak edib.