“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində “İnformasiya və kommunikasiya texnologiyaları” adlı kurs həyata keçirilir. Layihə çərçivəsində çalışan 355 tərbiyəçi-müəllimin iştirak edəcəyi İKT kursu ümumilikdə 18 qrup olmaqla, 9 aprel-28 may tarixlərini əhatə edəcək.
Kursun təşkili qruplara görə 3 hissəyə bölünüb:9 aprel – 23 aprel, 6 mərkəz üzrə 121 nəfər – Ağcabədi, Balakən, Şamaxı, Tovuz, Gəncə və Bakı
24 aprel – 8 may, 6 mərkəz üzrə 113 nəfər – Biləsuvar, Salyan, Zaqatala, Bərdə, Kürdəmir və Şəmkir
14 may – 28 may, 6 mərkəz üzrə 121 nəfər – Sumqayıt, Ağdaş, Lənkəran, Masallı, Quba və Şəki
İKT Kursu aşağıdakı 14 mövzunu əhatə edir:
– Əlavə (köməkçi) qurğuların qoşulması və istifadə olunması (printer, proyektor, interaktiv lövhə, datakart, mobil telefon və s.);
– Windows Əməliyyat sisteminin Standart proqramları;
– İş masası. Fayl və qovluqlar. Mübadilə buferi (Clipboard);
– MS Paint qrafik redaktoru;
– Microsoft Office proqramları ilə tanışlıq;
– Microsoft Office Word proqramında mətnlərin yaradılması;
– Microsoft Office Excel hesabat cədvəllərinin yaradılması;
– İnternet haqqında ümumi anlayışlar;
– İnternetdə informasiyanın (şəkil, video, məqalələr, sənədlər və s.) axtarışı. Axtarış sistemləri;
– Şəkillər üzərində iş;
– Zoom üzərindən görüşlərin təşkili və qoşulması
– Sosial şəbəkələr;
– Google alətləri (gmail, drive, translate, map və s.);
– Youtube-dan video yükləmə və videoların redaktə olunması.