24 aprel 2022-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.
Qeyd edək ki, qeydiyyat müddətinin bitməsinə son 5 gün qalıb. Şagirdlər https://ttm.edu.az saytında qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər.
Qeyd edək ki, istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi, fənlərə olan maraqlarının artırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən kifayət qədər layihələr həyata keçirilib.
Şagirdlərimiz müxtəlif beynəlxalq müsabiqə və olimpiadalarda iştirak edir, nailiyyətlər əldə edirlər.
KBRM hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.