ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi Əlavə təhsilin məzmunu şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir. İş haqqında məlumat:– ixtisasartırma proqramlarını, metodik vəsaitləri dəyərləndirərək rəy yazmaq; – ixtisasartırma proqramları ilə bağlı təkliflər vermək; – müxtəlif mənbələrdən elmi-pedaqoji araşdırmalar etmək;- müəllimlər üçün metodik tövsiyələr hazırlamaq; – müvafiq proqramlar üzrə qiymətləndirmə vasitələri hazırlamaq. Namizəd üçün tələblər:– Elm və ya təhsil sahəsində minimum 5 il təcrübə;- Təhsil siyasəti üzrə biliklər;- Analitik təfəkkür və problem həll etmə bacarığı;- Müvafiq kompüter proqramları üzrə bilik və bacarıqlar;- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dilində araşdırma və tərcümə etmək bacarığı (rus dili arzuolunandır);- Əməkdaşlıq və komandada işləmək bacarığı;- Yeniliyə və peşəkar inkişafa açıqlıq. Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 25.04.2022-ci il tarixinədək CV-lərini mdpim@arti.edu.az elektron poçt ünvanına “Aparıcı mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur. Qeyd edək ki, yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.