ARTİ aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Tarix: 22.04.2022
Paylaş:

ARTİ-nin İnsan Resursları Mərkəzi Layihələrin təşkili və idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə işə qəbul elan edir.

 Vəzifə öhdəlikləri:

– Müsabiqələr üzrə elektron ərizələrin yoxlanılması;

– Müvafiq yerli təhsili idarəetmə orqanları ilə əməkdaşlığın qurulması;

– Müsabiqələr üzrə vakansiyalar sisteminə nəzarət və vakansiyaların düzgünlüyünün yoxlanılması;

– Müsabiqələrin təşkili zamanı müvafiq dəstəyin göstərilməsi;

– Müsabiqələr üzrə əlavə yerləşdirmələrin həyata keçirilməsi və bu prosesə nəzarət.

Tələblər:

• Ali təhsil;

• Müvafiq sahədə iş təcrübəsi;

• Təhsil sahəsində mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;

• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);

• Aydın danışıq tərzi;

• Yüksək nitq mədəniyyəti;

• Gündəlik işlərdə vaxtın idarə edilməsi;

• “Microsoft Office” proqramlarında sərbəst işləmək bacarığı;

• Dinləmək bacarığı;

• Enerjili və yüksək fəaliyyət qabiliyyəti;

• İntizamlılıq və tez öyrənmə bacarığı

• Məqsədyönlülük və əzmkarlıq;

• Stressə qarşı davamlılıq.

Qeyd edək ki, vakansiya hazırda sosial məzuniyyət yeridir və müvafiq namizədlə ilkin olaraq 4 aylıq əmək müqaviləsi bağlanılacaq. Lakin yaranmış vəziyyətdən asılı olaraq bağlanılan əmək müqaviləsinin müddətinin uzadılması mümkündür.

 İş şəraiti:

• İş günləri: I-V günlər;

• İş saatı: 09:00-18:00.

Vakansiya üçün müraciət etmək istəyən namizədlər “Mövzu” hissəsində müvafiq vakansiyanın adını qeyd etməklə öz CV-lərini cv@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.