Məktəb liderliyi proqramına qeydiyyat başladı

Tarix: 22.04.2022
Paylaş:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi ilə birgə gələcəkdə dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün Məktəb liderliyi proqramına sənəd qəbulu elan edir.

Proqramın məqsədi:

Proqram müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasını hədəfləyir. 

Proqramın məzmunu:

Proqram 5 modul üzrə 145 saatı əhatə edir:

I Modul: Məktəbin idarə olunması və liderlik

II Modul: Tədrisin təşkili və idarə edilməsi

III Modul: Təhsildə qiymətləndirmə

IV Modul: Məktəbdə heyətin idarə edilməsi

V Modul: Məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi

Proqramın müddəti:

Təlimlər həftədə iki dəfə (cümə və şənbə günləri) olmaqla 3 ay müddəti əhatə edəcək.

İştirakçılara verilən tələblər:

Proqrama müraciət 5 ildən az olmayaraq ümumtəhsil müəssisələrində pedaqoji stajı olan ali təhsilli şəxslər müraciət edə bilər.

İştirakçıların seçimi:

Proqramda iştirakçı seçimi üç mərhələdə həyata keçirilir: elektron sənəd qəbulu, test imtahanı və müsahibə. Hər üç mərhələni uğurla keçən şəxslər proqramda iştirak hüququ qazanır. Test imtahanı mərhələsində namizədlərin tənqidi oxu, riyazi-məntiqi və yazı bacarıqları dəyərləndiriləcək.

Proqramda 50 nəfər namizədin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, proqram əyani formada və ödənişsiz əsaslarla həyata keçirilir. 

Proqramda iştirak etmək istəyən şəxslər 01 may 2022-ci il tarixinə qədər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün link:
https://forms.gle/sJFBtxYezrrGsgWy5

Əlavə suallar üçün mekteb.idarechileri@adpu.edu.az emailinə yaza bilərsiniz.