“Refleksiv müəllim” layihəsinin əyani şəkildə təşkilinə başlanılıb

Tarix: 26.04.2022
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən onlayn şəkildə keçirilən “Refleksiv müəllim” layihəsinin əyani şəkildə də təşkilinə başlanılıb. Pandemiya ilə əlaqədar olaraq silsilə vebinarlar şəklində fəaliyyətini davam etdirən layihə artıq MDPİM tərəfindən metodik dəstək göstərilən məktəblərdə əyani olaraq həyata keçirilir. 

Seminarın keçirildiyi ilk məktəb Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəb olub. 13 aprel 2022-ci il tarixində təşkil edilən seminar Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub. Məktəbin ibtidai sinif müəllimi Fərzəliyeva Səadət “Əksmənalı sözlər” mövzusu üzrə dərs icmalı təqdim edib. 

Seminarda təqdim edilən icmal əsasında dərsin motivasiyasının necə qurulması, tədqiqat sualı ilə motivasiyanın bir-biri ilə necə əlaqələndirilməsi, qrup tapşırıqlarının dərsin məqsədinə uyğun olub-olmaması, qiymətləndirmə meyarları kimi məsələlər ətrafında müzakirələr aparılıb, mütəxəssislərin rəy və tövsiyələri dinlənilib. 

Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” seminarının keçirilməsi planlaşdırılır.