ARTİ MDPIM tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsinin növbəti seminarı Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə təşkil edilib.
20 aprel 2022-ci il tarixində keçirilən seminarda məktəbin ibtidai sinif müəllimi Əliyeva Könül riyaziyyat fənnindən “Əməllər” mövzusu üzrə dərs icmalı təqdim edib.
Seminarda təqdim edilən icmal əsasında mötərizəsiz və mötərizəli ədədi ifadələrin hesablanması qaydaları, əməllər ardıcıllığının düzgün müəyyənləşdirilməsi, dərsdə istifadə olunan təlim strategiyaları, qiymətləndirmə meyarları kimi məsələlər ətrafında müzakirələr aparılıb, mütəxəssislərin rəy və tövsiyələri dinlənilib.
Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” seminarının keçirilməsi planlaşdırılır.