“Refleksiv müəllim” layihəsinin əyani formada növbəti görüşü keçirilib

Tarix: 27.04.2022
Paylaş:

ARTİ MDPİM tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarının növbəti görüşü 19 aprel 2022-ci il tarixində Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbdə keçirilib. 


Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulan seminarda məktəbin ibtidai sinif müəllimi Əliyeva Sevil “Bir qalanın sirri” mövzusu üzrə dərs icmalı təqdim edib. 


Seminarda təqdim edilən icmal əsasında faktoloji suallar vasitəsilə mətndə əsas məlumatların aşkar edilməsi, hekayədə hadisələrin davamının təxmin edilməsi, müəllimin dərsdə istifadə etdiyi müxtəlif üsullar, dərsin düzgün planlaşdırılması məsələləri ətrafında müzakirələr aparılıb. Mütəxəssislər daha təkmil formada dərs icmalı hazırlamaqla bağlı rəy və tövsiyələr veriblər. 


Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” seminarının keçirilməsi planlaşdırılır.