“Dərsliklər” haqqında müzakirə keçirilib

Tarix: 29.04.2022
Paylaş:

ARTİ və İctimai Şuranın təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə görüşlər çərçivəsində “Dərsliklər” haqqında müzakirə keçirilib. Görüş 29 aprel 2022-ci il tarixində, saat 16:00-da ARTİ-nin akt zalında baş tutub.

Giriş nitqi ilə çıxış edən Günel Səfərova çıxışında görüşün mahiyyətinin ictimai müzakirə olduğunu, bugünki müzakirə hədəfinin isə dərsliklər olduğunu deyib. 

Elnur Nəsibov ekspertlərin fikirlərinin dərsliklər haqqında olunan müzakirələrə müsbət fayda verəcəyini bildirib.

Rüfət Əzizov ARTİ-nin dərsliklər haqqında gördüyü işlərdən, ARTİ-nin məqsədlərindən birinin də müəlliflərin yetişdirilməsi olduğunu qeyd edib.

Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev artıq müəllif komandasının formalaşdığını və yeniliklərin beynəlxalq formalara əsaslandığını bildirib. Z. İsayev dərsliklərdə milli dəyərlərin qorunmasının əbədi olaraq qalmalı olduğunu deyib. 
Vəfa Yaqublu dərsliklərin keyfiyyətindən, dərslik ekspertizası və ictimai müzakirələrin təşkilindən, həmçinin elektron dərsliklər haqqında da danışıb.

Dərslik hazırlığı üzrə ixtisaslaşan nəşriyyat və müəlliflərin çətinliklərindən bəhs edən Rafiq İsmayılov yaxşı dərslik yazmaq üçün təcrübənin vacibliyini qeyd edib.

Görüşdə Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, ARTİ-nin direktoru Rüfət Əzizov və əməkdaşları, İctimai şura, DİM-in rəsmi nümayəndəsi Afiqə Batıyeva, təhsil ekspertləri, dərslik müəllifləri, ADU Tədris məsələləri üzrə prorektor Sevinc Zeynalova, ADPU Tədris departamentinin Tədris texnologiyaları və akkreditasiya şöbəsinin müdiri Leyla Əliyeva, BSU Tədris və təlim prosesinin təşkili mərkəzinin müdiri Səbinə Tarverdiyeva iştirak edib.