ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 5 may tarixində saat 17:00-da riyaziyyat fənni üzrə “Ədədlər və əməllər, cəbr və funksiyalar məzmun xətti üzrə məsələlərin həlli” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəliyeva Gülüstan çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.