ARTİ dissertantura və doktoranturaya sənəd qəbulu prosesini 10 may tarixinədək davam etdirir

Tarix: 05.05.2022
Paylaş:

ARTİ dissertantura və doktoranturaya sənəd qəbulu prosesini 10 may tarixinədək (saat 23:59-dək) davam etdirir.

ARTİ-nin dissertantura və doktoranturaya sənəd qəbulu qaydaları haqqında iddiaçılara daha ətraflı məlumat vermək üçün açıq qapı günləri keçirilib. Sənəd təqdim etmək istəyən şəxslər portal.edu.az saytı üzərindən  qeydiyyatdan keçməlidirlər. İmtahan proqramları və sualları ilə tanış olmaq üçün arti.edu.az saytına daxil ola bilərsiniz. 

Gələcək imtahanlarda iddiaçılara uğurlar arzu edirik.