ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Peşəkar ol” layihəsi üzrə təlimlərdə iştirak edən şəxslərə sertifikatlar təqdim edilib.
12 akademik saatı əhatə edən təlimlər “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”, “Sinfin idarə edilməsi”, “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması”, “Rabitəli nitqin inkişafı”, “Müəllimin etik davranış qaydaları” ilə bağlı mövzuları əhatə edib. Təlimlərə Azərbaycan Dillər Universitetinin müraciəti əsasında pedaqoji ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlar cəlb olunub.
Qeyd edək ki, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin “Öyrətmək iddiası olanın öyrənmək əzmi gərək” devizi altında təşkil olunan “Peşəkar ol” layihəsi üzrə təlimlər növbəti aylarda da keçiriləcək.