Şagirdlərə mina və partlamamış hərbi sursat haqqında lazımi biliklər vermək və onları davranış qaydaları ilə yaxından tanış etməkdə müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdə, həmçinin digər rayonlarda seçilmiş məcburi köçkün icmalarında ümumi təhsil müəssisələrinin müəllimlərinə mina və digər partlayıcı sursatların təhlükəsinə dair təlimlər keçirilmişdir.
Sözügedən təlimlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış “Partlayıcı Sursatların Təhlükəsi barədə Ailə və Uşaqların Maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün Birgə Fəaliyyət Planı”na əsasən Avropa İttifaqının humanitar maliyyə dəstəyi ilə ARTİ tərəfindən icra olunan “Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı” adlı layihə çərçivəsində təşkil edilmişdir.