19 may tarixində saat 17:00-da “Təfəkkürün növləri” mövzusunda vebinar keçiriləcək.
Vebinarın məqsədi sinifdə şagirdlərin təfəkkürünü inkişaf etdirməyin praktiki yolları və mövzu ilə bağlı MİQ imtahanına düşən sualların izahını verməkdir.
Vebinarda spiker qismində ARTİ-nin Metodik xidmət şöbəsinin mütəxəssisi, BDU-nun doktorantı Aynur Həşimova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.