ARTİ MİQ və Sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə təşkil edilən seminarları davam etdirir.
Budəfəki seminar ibtidai sinif müəllimləri və ibtidai sinif üzrə müəllim olmaq istəyən şəxslər üçün nəzərdə tutulub.
25 may 2022-ci il tarixində saat 15:00-da əyani şəkildə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:
Müraciət üçün son tarix: 24 may 2022-ci il
Seminar ARTİ MDPİM-də keçiriləcək və 2 saat davam edəcək.
Müraciətlərin çoxluğunu və yer məhdudiyyətini nəzərə alaraq bildiririk ki, qeydiyyatdan keçmiş ilk 100 nəfər iştirak hüququ qazanacaq. Digər şəxslər növbəti həftələrdə elan olunacaq link vasitəsilə qeydiyyatdan keçməklə seminarlarda iştirak edə biləcəklər.
Qeyd edək ki, seminarların həftə ərzində bir neçə dəfə olmaqla mütəmadi şəkildə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.