ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 24 may tarixində saat 17:00-da informatika fənni üzrə “Python proqramlaşdırma dilində proqramın yazılması və yazılmış proqramın təhlili” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində ADPU-nun doktorantı, 20 nömrəli məktəb-liseyin informatika müəllimi Aysel Fətəliyeva çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.