“Azərbaycanın TIMSS 2019 beynəlxalq qiymətləndirmə tədqiqatı üzrə nəticələrinin məzmun və idrak sahələri baxımından təhlili”nə dair təqdimat və müzakirə həyata keçirilib

Tarix: 26.05.2022
Paylaş:

26 may tarixində ARTİ-də “Azərbaycanın TIMSS 2019 beynəlxalq qiymətləndirmə tədqiqatı üzrə nəticələrinin məzmun və idrak sahələri baxımından təhlili”nə dair təqdimat və müzakirə həyata keçirilib. Təqdimat ARTİ-nin direktor müavini Ülkər Babayeva, Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin əməkdaşları Zinyət Əmirova və Şirin Məmmədov tərəfindən olunub.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin, Bakı Şəhər Təhsil İdarəsinin və ali təhsil müəssisələrinin əməkdaşları,  Bakı məktəblərinin rəhbərləri  və ARTİ-nin əlaqəli şöbələrinin əməkdaşları iştirak edib.

Təqdimatda sualların məzmun və idrak sahələri üzrə bölgüsü, Azərbaycanın hər sahə üzrə topladığı ballar, qız və oğlan şagirdlərinin nəticələri arasında fərqlər barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb, nəticələrin daha da yüksək olması üçün təklif və tövsiyələr verilib.