Təhsil Nazirliyinin Azərbaycan Məktəbi jurnalının 2022-ci il ilk sayı işıq üzü görüb.
Jurnalın ilk sayında Afət Süleymanovanın “Fasiləsiz pedaqoji təhsilin məzmun və texnologiyalarının başlıca xüsusiyyətləri”, Tamilla Məmmədova və Amy Wetterau Zhupikovun “Həmkarlarının müşahidə-rəy modeli əsasında müəllimlərin özünütəhlil prosesi”, Leyla Abbaslının “Ev mühitinin şagirdin akademik nailiyyətlərinə təsiri – Pisa 2018”, Ramin Rzayev, Xanmurad Abdullayev, və Əbülfət Rəhmanovun “Virtual Universitet: Utopiyadan zəruri reallığa doğru”, Rasim Abdurazaqov və Sura Məmmədovanın “Fizika dərsində interaktiv keys metodunun tətbiqi metodikası”, Günay Quliyevanın “Web 2.0 alətlərinin tətbiqi ilə qiymətləndirmə vasitələrinin hazırlanması”, Fatimə Babayevanın “Biologiya fənninin tədrisində İKT tətbiqinin perspektivləri”, Fərrux Rüstəmovun “Azərbaycanlı müəllim kadrları hazırlığında İrəvan Müəllimlər Seminariyasının rolu”, Svetlana Nəsiblinin “Təhsilalanların verbal kommunikasiyasındakı problemlər və onların həlli” məqələləri dərc olunub.
Qeyd edək ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər sırasında yer alır, eləcə də bir sıra beynəlxalq indekslərdə tanınır.
Aşağıdakı linkə keçid edərək jurnalın yeni sayı ilə tanış ola bilərsiniz: