ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən məktəblərlə görüşlər keçirilib.
Metodik xidmətin təşkili məqsədilə məktəblərdə keçirilən görüşlərdə müəllimlərlə dərsdinləmələrin nəticələrinin müzakirəsi edilib. Onlara dərsin planlaşdırılması, təşkili, şagirdlərin fəaliyyətə stimullaşdırılması, şagirdlərə konstruktiv rəyin verilməsi və s. istiqamətlərdə ilkin metodik tövsiyələr verilib və bu mövzularda yaranan sualları cavablandırılıb.
Görüşlərdə Metodik xidmət şöbəsinin müdiri Nigar Əhmədzadə, Metodik xidmət və Əlaqələndirmə şöbələrinin əməkdaşları, görüş təşkil edilən məktəblərin rəhbərliyi və məktəb kollektivi iştirak edib.
Görüşlər 227, 75 və 38 saylı tam orta məktəblərdə keçirilib, məktəbəsaslı metodik xidmətin təşkili məqsədi ilə bu və digər məktəblərdə davamlı tədbirlər nəzərdə tutulub.