ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarları davam edir

Tarix: 02.06.2022
Paylaş:

1 iyun tarixində 227 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün seminar keçirilib.  

Görüşdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Hüseynova “Fərhəng Hüseynov” mövzusu üzrə dərs icmalı təqdim edib.

Seminarda təqdim edilən icmal əsasında mətndə istifadə olunan söz və ifadələrin mənasının aydınlaşdırılması, nitq etiketlərindən istifadə, dərsdə istifadə olunan iş formaları və iş üsulları, şagirdlərin qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Mütəxəssislər daha təkmil formada dərs icmalı hazırlamaqla bağlı rəy və tövsiyələr veriblər. 

Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” seminarının keçirilməsi planlaşdırılır.