Duzluluq məsələlərinin izahı” mövzusunda vebinar keçiriləcək

Tarix: 06.06.2022
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 8 iyun tarixində saat 17:00-da coğrafiya fənni üzrə “Duzluluq məsələlərinin izahı” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi və doktorantı Elvin Soltanov çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.