1 iyul 2022-ci il tarixində, saat 17:00-da “Altstandartlardan təlim nəticələrinin çıxarılması” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova çıxış edəcək.
Vebinarın əsas məqsədi müəllimlərin səmərəli perspektiv və gündəlik planlaşma bacarıqlarının inkişaf etdirilməsidir.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.