ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 10 iyun tarixində saat 17:00-da fizika fənni üzrə “Atom fizikası” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin müəllimi, AMEA Fizika İnstitutunun doktorantı, dərslik üzrə ekspert Təranə Orucova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.