Tələbə və gənclər üçün “Uğurlu layihələrin yazılması və icrası” adlı təlim proqramı başlayır

Tarix: 10.06.2022
Paylaş:

Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “Sustainera Consulting Services” şirkətinin birgə təşkilatçılığı ilə bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün 4 – 8 iyul 2022-ci il tarixlərində “Uğurlu layihələrin yazılması və icrası” mövzusunda qısamüddətli təlim kursu keçiriləcək.

Təlim kursunun əsas məqsədi iştirakçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, layihələrin hazırlanması və idarəolunması, donorlarla əlaqələrin qurulması, fandreyzinq imkanlarının artırılması və müvafiq istiqamətlərdə praktiki addımların atılmasına dair geniş məlumat təqdim etməkdən ibarətdir.

Təlim proqramı tamamilə ödənişsiz əsaslarla təşkil olunur.

Proqram çərçivəsində peşəkar təlimçilər tərəfindən aşağıdakı mövzular üzrə seminarlar təşkil olunacaq:

Kimlər müraciət edə bilər:

Proqram çərçivəsində təşkil ediləcək “layihə inkubatoru” simulyasiya məşğələsi zamanı iştirakçılar real layihə təklifi hazırlayaraq qrant müsabiqələrinə müraciət prosesinin bütün mərhələləri üzrə təcrübə əldə edəcəklər. Təlim proqramını uğurla bitirən iştirakçılara layihə idarəetməsi qısamüddətli təcrübə proqramına cəlb olunacaq, daha sonra müvafiq iş imkanları əldə edəcəklər.

Təlim proqramında iştirak etmək arzusunda olan şəxslər 26 iyun tarixinədək aşağıda qeyd olunan google formu dolduraraq, niyyət məktubu (ingilis dilində) və CV əlavə etməklə müraciət edə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/C1Zdocxxx67aRds4A