ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 16 iyun tarixində saat 17:00-da “Qiymətləndirmə” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində ARTİ-nin böyük elmi işçisi, ADU-nun doktorantı, dərsliklərin qiymətləndirilməsi üzrə ekspert, PİRLS 2016-nın tərcüməçisi, IV siniflər üçün “Oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi” adlı vəsaitin müəllifi, metodika və ixtisasartırma üzrə təlimçi, “Maksimum” test toplusunun həmmüəllifi Günay Mirzəzadə çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd qiymətləndirmənin mahiyyəti və əhəmiyyəti, həmçinin məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı vacib məqamları izah etməkdir.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.