14 iyun tarixində MİQ və Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə metodika və pedaqogika üzrə seminar təşkil edilib.
240 nömrəli tam orta məktəbdə keçirilən seminarda ARTİ MDPİM-in rəhbəri Nəzakət Mehdiyeva giriş nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və onlara öz tövsiyələrini verib.
ARTİ MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova metodika və pedaqogika üzrə çərçivə sənədi və sənədə əlavə edilən yeni mövzular haqqında məlumat verib. Eyni zamanda əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələrini təqdim edib və izahatlar verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzindən İlkin Həsənov, Turan Zəkəriyəyeva, Xəzər Əkbərli və bir neçə əməkdaş da seminarda iştirak edərək müzakirə olunan məsələlərə münasibət bildiriblər.
Yekunda isə auditoriyanın sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.