“CyberCamp 2022” yay düşərgəsi təşkil ediləcək

Tarix: 20.06.2022
Paylaş:

4 – 9 iyul 2022-ci il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və ARTİ-nin birgə təşkilatçılığı ilə Quba rayonunda “CyberCamp 2022” yay düşərgəsi təşkil ediləcək.

Layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaradılmasıdır. 

“CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya mühitində aşağıdakı istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır:

Kibertəhlükəsizlik sahəsi üzrə bilik və bacarıqlarını nümayiş etdirmək və təkmilləşdirmək məqsədi daşıyan yay kampında aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:

Yay düşərgəsində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Qeydiyyat üçün keçid: https://anket.edu.az/link/186

Qeydiyyat üçün son müraciət tarixi: 27 iyun 2022-ci il

Qeydiyyatdan keçən iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslər kampda iştirak hüququ qazanacaq.

Tədbir boyu iştirakçılara peşəkar, çevik və innovativ mütəxəssislər dəstək olacaq. İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin, müxtəlif idman və bilik yarışları təşkil olunacaq.

Kampda iştirakçı sayı məhduddur. Seçilən şəxslərə yay kampı barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.

Əlaqə:

Elektron ünvan: Apply@konullu.edu.az (subject: Cybercamp)