“Lütfi Zadə adına məntiq olimpiadası”nın mükafatlandırma mərasimi keçiriləcək!

Tarix: 21.06.2022
Paylaş:

23 iyun 2022-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində keçirilməsi planlaşdırılan “Lütfi Zadə adına məntiq olimpiadası”nın mükafatlandırma mərasimində qalib şagird və 1 valideynin (ata və ya ana) iştirakı nəzərdə tutulub.

Tədbirə giriş vaxtı saat 14:00-dan etibarən başlayır. Giriş üçün şagirdlərdən özləri ilə şəxsiyyət vəsiqələrini gətirmələri xahiş olunur. 

Qeyd edək ki, cari ildə keçirilən 2 mərhələli “Lütfi Zadə adına məntiq olimpiadası”nda iştirak edən şagirdlərdən 65-i qalib elan olunub. Qaliblərin müxtəlif hədiyyələrlə təltif edilməsi nəzərdə tutulub.