Məktəblilərarası VII fənn müsabiqələrinin mükafatlandırma mərasimi keçiriləcək!

Tarix: 21.06.2022
Paylaş:

22 iyun 2022-ci il tarixində Bakı Avropa liseyində keçirilməsi planlaşdırılan “VII Məktəblilərarası fənn müsabiqələri”nin mükafatlandırma mərasimində yalnız müsabiqədə qalib gələn şagirdlərin iştirakı nəzərdə tutulub.(valideynlərin iştirakı nəzərdə tutulmayıb)

Tədbirə giriş vaxtı saat 15:00-dan etibarən başlayır. Giriş üçün şagirdlərdən özləri ilə şəxsiyyət vəsiqələrini gətirmələri xahiş olunur. 

Qeyd edək ki, 2021-2022-ci tədris ilində “VII Məktəblilərarası fənn müsabiqələri” riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla, 5 fənn üzrə VI və VII sinif şagirdləri arasında keçirilib. 

21567 nəfər iştirakçıdan 44 qızıl, 71 gümüş, 110 bürünc medal olmaqla, 225 nəfər qalib elan edilib.