Tarix fənnindən MİQ sual tiplərinin izahına həsr olunan vebinar keçiriləcək

Tarix: 21.06.2022
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 24 iyun tarixində saat 17:00-da tarix fənnindən MİQ sual tiplərinin izahına həsr olunacaq.

Vebinarda spiker qismində AMEA Tarix İnstitutunun doktorantı, Bakı şəhəri 161 saylı orta məktəbin tarix müəllimi Sərvər Rüstəmov çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd MİQ imtahanında istifadə edilən sual formaları, testlərin həllində diqqət ediləcək məqamların izah olunmasıdır.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.