“Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi” adlı vebinar keçiriləcək

Tarix: 22.06.2022
Paylaş:

29 iyun 2022-ci il tarixində saat 18:30-da ARTİ-nin təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” və Azərbaycan Texniki Universitetində “Sabah Magistratura” proqramı çərçivəsində “Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi” adlı vebinar baş tutacaq.


Tədbirin spikeri Massaçusets Texnologiya İnstitutunun Nəqliyyat və Logistika Mərkəzinin icraçı direktoru Dr. Chris Caplice olacaq. O, bakalavr təhsilini Virginia Universitetində İnşaat mühəndisliyi üzrə, magistr təhsilini isə Ostində Texas Universitetində Nəqliyyat mühəndisliyi üzrə alıb. Daha sonra doktorantura təhsilini Amerika Birləşmiş Ştatlarında Massaçusets Texnologiya İnstitutunda “Nəqliyyat və logistika” sistemləri mövzusunda tamamlayıb. Chris Caplice Təchizat zəncirinin idarəedilməsi üzrə MITx mikromagistr proqramı yaradıb. İndiyə kimi 196 ölkədən 430000-dən çox tələbə bu mikromagistr proqramının onlayn kurslarından yararlanıb. O, 2016-cı ildə təchizat zəncirinin idarə olunmasının tədrisi və tədqiqatına görə ilk “Gümüş ailə” tədqiqatçısı kimi seçilib. Həmçinin Təchizat Zəncirinin İdarə Edilməsi üzrə Peşəkarlar Şurasının (CSCMP) “Ali xidmət” mükafatına layiq görülüb.


Vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 27 iyun 2022-ci il tarixinədək qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/sNtpnHcY6f