İbtidai sinif rus bölməsi üzrə “Ədədlər və əməllər” mövzusunda vebinar keçiriləcək

Tarix: 23.06.2022
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. 

Növbəti vebinar 28 iyun tarixində saat 17:00-da ibtidai sinif rus bölməsi üzrə “Ədədlər və əməllər” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri İ. Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.