28 iyun 2022-ci ildən etibarən “Könüllü müsahib” adlı yeni proqram start götürəcək. “Könüllü müsahib”in məqsədi müəllimlərin sertifikasiyasının müsahibə mərhələsində müəllimlərə dəstək olmaq və onları cəmiyyətə tanıtmaqdır.
ARTİ-nin İnsan Resursları Mərkəzi və T-Network platformasının tərəfdaşlığı ilə baş tutacaq proqram zamanı müsahibə götürənlər ümumi rəylərini də paylaşacaqlar. Hər proqramda bir neçə müəllim iştirak edəcək.
Proqram hər həftənin çərşənbə axşamı və cümə günü saat 20:00-da T-Network-ün “Facebook” səhifəsində canlı yayımlanacaq.
“Könüllü müsahib” olmaq istəyənlər T-Network ilə əlaqə saxlaya bilərlər.