Logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlər yekunlaşıb

Tarix: 29.06.2022
Paylaş:

ARTİ AzTu-nun “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə “SABAH Magistratura” proqramı çərçivəsində müəllimlərin tədris prosesində tətbiq edə biləcəkləri logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimləri yekunlaşıb. Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları tədarük zəncirlərinin (TZ) idarə olunması zamanı istifadə edilən riyazi metodlar, TZ-lərin dizayn edilməsi, onlarda keyfiyyət-performans göstəriciləri, tələbin proqnozlaşdırılması, istehsalın planlaması, anbar ehtiyatlarının idarə edilməsi, satınalma və beynəlxalq təchizat, maliyyə anlayışları və s. olub.

Təlimlərdə spiker qismində Amazon şirkətinin Avropa Birliyi üzrə mərkəzində simulyasiya üzrə data mühəndisi vəzifəsində çalışan Yaşar Əhmədov çıxış edib.

Təlimlərdən AzTu-nun “Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi”, “Nəqliyyat texnikası və idarəetmə texnologiyaları”, “Beynəlxalq ticarət, logistika və marketinq”, “Mühəndis riyaziyyatı və süni intellekt” və s. kafedralarının əməkdaşları faydalanıb.

ARTİ tərəfindən təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunub .