“İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi və AzTU-da “Sabah magistratura” proqramı çərçivəsində ARTİ-nin təşkilatçılığı ilə “Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi” adlı vebinar baş tutub.
Vebinarın spikeri Massaçusets Texnologiya İnstitutunun Nəqliyyat və Logistika Mərkəzinin icraçı direktoru Dr. Chris Caplice olub.
Dr. Chris Caplice öz təqdimatında yeni yaranan texnologiyalar, sosial tendesiyalar, daimi dəyişən iqtisadi və siyasi mənzərələrə qarşı təchizat zəncirinin rəhbərlərinin uğuru təmin etmək üçün qeyri-müəyyənlikdən necə keçə biləcəkləri barədə danışıb. Həmçinin, bu sahədə belə şirkətləri daim dəyişən və gözlənilməz bir gələcəyə daha yaxşı hazırlamaq üçün istifadə oluna biləcək bəzi alətlər və üsullar müzakirə olunub.
100-dən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda spiker iştirakçıların suallarını cavablandırıb.