Avropa Coğrafiya Olimpiadasında qazanılan uğur

Tarix: 05.07.2022
Paylaş:

Serbiyanın paytaxtı Belqrad şəhərində 24-30 iyun 2022-ci il tarixlərində virtual formatda keçirilən 7-ci Avropa Coğrafiya Olimpiadasında iştirak edən şagirdlərimiz uğur qazanıblar. 

11 ölkədən məktəblilərin qatıldığı müsabiqədə Tərtər rayonu, Həbib Hüseynov Mamırlı kənd tam orta məktəbin XI sinif şagirdi Murad Qarayev bürünc medala layiq görülüb. 

Qeyd edək ki, sözügedən olimpiada 2015-ci ildən etibarən keçirilir və şagirdlərimiz bu olimpiadada artıq 3-cü dəfə iştirak edirlər. Bu günə kimi onlar sözügedən müsabiqədə 3 bürünc medal əldə ediblər.

Şagirdlərin hazırlıq prosesi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib gələn “Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq” layihəsi əsasında həyata keçirilib. 

Nəzərinizə çatdıraq ki, layihə iştirakçıları əvvəlki tədris illərinin RFO qalibləri arasından seçilib.