ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 8 iyul 2022-ci il tarixində, saat 15:00-da “Altstandartlardan təlim nəticələrinin çıxarılması” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova çıxış edəcək.
Vebinarın əsas məqsədi müəllimlərin səmərəli perspektiv və gündəlik planlaşma bacarıqlarının inkişaf etdirilməsidir.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.