ARTİ-nin rəhbər heyəti “British Council” təşkilatının nümayəndələri ilə görüşüb

Tarix: 06.07.2022
Paylaş:

6 iyul tarixində ARTİ-nin rəhbər heyəti “British Council” təşkilatının nümayəndələri ilə görüşüb.

Təşkilatlar arasında gələcək əməkdaşlığa dair müzakirələrin aparıldığı görüşdə şagird və müəllimlərin ingilis dili səviyyəsinin müəyyən edilməsi, şagirdlərin öyrənməsini yaxşılaşdırmağa hədəflənən müəllimlərin peşəkar inkişaf proqramları, birgə tədqiqatlar müzakirə olunub. Eyni zamanda “SABAH Magistratura” proqramı çərçivəsində qarşılıqlı əməkdaşlıq və “Sabah.Lab” Akselerasiya Mərkəzi ilə birgə startaplara dəstək kimi mövzulara toxunulub.

Görüşdə iki təşkilat arasında əməkdaşlıq üçün müxtəlif təhsil pillələri üzrə yeni imkanlar, onların təhsil sisteminə verə biləcəyi töhfələr və gələcək layihələr, həmçinin “Future English” onlayn platforması vasitəsilə müəllimlərin inkişafı, şagird nailiyyətlərinin qiymətləndirilməsi, ali təhsil müəssisələrində innovasiyanın inkişafı haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, İmtahan xidmətləri üzrə meneceri Nərgiz Əkbərova, Tədris mərkəzinin koordinatoru Sevinc Ağazadə, ARTİ-nin direktoru Rüfət Əzizov, Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva, Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Günay Əliyeva iştirak ediblər.