“Ölçmə” mövzusunda vebinar keçiriləcək

Tarix: 08.07.2022
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. 

Növbəti vebinar 13 iyul tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə “Ölçmə” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.