Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək

Tarix: 22.07.2022
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2022-ci il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransını keçirir.

 

NASCO- nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

 

Konfransın istiqamətləri:

 

– Riyaziyyat və təbiət elmləri (fizika, kimya, biologiya, biotexnologiya, tibb elmləri, neft-kimya, ətraf mühit, yer haqqında elmlər və s.);

 

-İKT və mühəndislik (elektrik, qazma, robototexnika, maşınqayırma, avtomatlaşdırma və inşaat mühəndisliyi, süni intellekt, data elmi, kibertəhlükəsizlik və s.);

 

– Sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat və s.).

 

NASCO-NUN ƏSAS TARİXLƏRİ:

 

TAM MƏTN TEZİSLƏRİN GÖNDƏRİLMƏSİ ÜÇÜN SON TARİX 25.09.2022
QƏBUL OLUNMUŞ TEZİSLƏRİN ELANI ÜÇÜN SON TARİX 15.10.2022
KONFRANS PROQRAMININ ELAN OLUNMASI 07.11.2022
KONFRANSIN TARİXLƏRİ 23-24.11.2022

 

Kimlər iştirak edə bilər?

 

NASCO-da Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər.

 

NASCO-ya tezis ilə müraciət etmək üçün aşağıdakı keçiddən istifadə etməyiniz xahiş olunur: https://forms.gle/84DaRMhRkqkRevyKA

 

Qeyd olunan keçiddən istifadə etməklə tezislərin tərtibinə verilən tələblər barədə məlumat əldə edə bilərsiniz: 

 

Qaydalar!

 

NASCO-da yalnız məruzə edən şəxslərin tezisləri çap olunacaq və həmin şəxslər sertifikatla təltif ediləcəklər.

 

Qeyd: Müraciət etmək üçün “Gmail” hesabınızın olması mütləqdir!

 

Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı nasco25@arti.edu.az elektron poçt ünvanına yaza bilərsiniz.