Azərbaycan Respublikasının Təhsil İnstitutu 2022-ci il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransını keçirir.
NASCO- nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Konfransın istiqamətləri:
– Riyaziyyat və təbiət elmləri (fizika, kimya, biologiya, biotexnologiya, tibb elmləri, neft-kimya, ətraf mühit, yer haqqında elmlər və s.);
-İKT və mühəndislik (elektrik, qazma, robototexnika, maşınqayırma, avtomatlaşdırma və inşaat mühəndisliyi, süni intellekt, data elmi, kibertəhlükəsizlik və s.);
– Sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat və s.).
NASCO-NUN ƏSAS TARİXLƏRİ:
TAM MƏTN TEZİSLƏRİN GÖNDƏRİLMƏSİ ÜÇÜN SON TARİX | 25.09.2022 |
QƏBUL OLUNMUŞ TEZİSLƏRİN ELANI ÜÇÜN SON TARİX | 15.10.2022 |
KONFRANS PROQRAMININ ELAN OLUNMASI | 07.11.2022 |
KONFRANSIN TARİXLƏRİ | 23-24.11.2022 |
Kimlər iştirak edə bilər?
NASCO-da Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər.
NASCO-ya tezis ilə müraciət etmək üçün aşağıdakı keçiddən istifadə etməyiniz xahiş olunur: https://forms.gle/84DaRMhRkqkRevyKA
Qeyd olunan keçiddən istifadə etməklə tezislərin tərtibinə verilən tələblər barədə məlumat əldə edə bilərsiniz:
NASCO-da yalnız məruzə edən şəxslərin tezisləri çap olunacaq və həmin şəxslər sertifikatla təltif ediləcəklər.
Qeyd: Müraciət etmək üçün “Gmail” hesabınızın olması mütləqdir!
Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı nasco25@arti.edu.az elektron poçt ünvanına yaza bilərsiniz.