Bakı şəhəri üzrə təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimləri ilə görüş keçirilib.
10 avqust tarixində Bakı şəhəri A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə BŞTİ-yə tabe olan məktəblərin ibtidai sinif müəllimləri ilə görüş keçirilib. Görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdir. Görüşdə müəllimlərə imtahanın məzmunu ilə bağlı məsələlər izah olunub, verilən suallar cavablandırılıb.
Görüşdə ARTİ-nin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Bakı Avropa liseyinin ibtidai sinif müəllimləri Pərvinə Qədimova və Ülkər Mirzəyeva iştirak edib.