Beynəlxalq İnformatika Olimpiada qalibimiz

Tarix: 15.08.2022
Paylaş:

7-15 avqust 2022-ci il tarixlərində İndoneziya Respublikasının Cokyakarta şəhərində 34-cü Beynəlxalq İnformatika Olimpiadası (IOI 2022) keçirilib.

88 ölkədən 349-dan çox şagirdin iştirak etdiyi olimpiadada azərbaycanlı məktəblilər ölkəmizi uğurla təmsil ediblər. 

Belə ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov olimpiadadan bürünc medal əldə edib.

Qeyd edək ki,  məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Məktəblimizi təbrik edir, uğurlar arzulayırıq!!!