ARTİ və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə avqustun 24-də Quba şəhərində start verilən Beynəlxalq Qiymətləndirmə Düşərgəsi davam edir.
Düşərgənin 2-ci günündə müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmə tədqiqatları barədə ətraflı məlumat alır, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. İştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını müəyyənləşdirən tapşırıq nümunələrini hazırlayır və onların məktəbdaxili qiymətləndirmədə rolunu müzakirə edirlər.
Əlavə olaraq, müəllimlər şagirdlərin kompüter və informasiya bacarıqlarının araşdırılması və bu bacarıqların təhsil prosesində istifadəsinə dair ətraflı məlumat əldə edirlər.
Xatırlatmaq istərdik ki, Beynəlxalq Qiymətləndirmə Düşərgəsi avqustun 26-a kimi davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.